«Oğuz Şərab» ASC-ə 440 min manat məbləğində investisiya qoyulacaq

Əmlak Məsələləri  Dövlət Komitəsi “Oğuz Şərab” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibini elan edib. 10 mart 2017-ci il tarixində keçirilənmüsabiqənin şərtlərinə uyğun olaraq, qalib şəxs dövlət büdcəsinə 80 min manat məbləğində pul vəsaitinin köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən, 18 ay ərzində müəssisəyə 440 min manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhdəsinə götürüb. Nəzərdə tutulan investisiya qoyuluşları müəssisənin tam köhnəlmiş və yararsız vəziyyətdə olan tikili, avadanlıq və qurğularının demontajı, inzibati binanın təmir edilərək möasir mebel və avadanlıqlarla təchiz olunması, sexlərdən birində sərinləşdirici içki, daha birində isə konyak istehsalının təşkilinə yönəldiləcəkdir. Eyni zamanda müəssisənin infrastruktur təminatı yaxşılaşdırılacaq, ərazisi abadlaşdırılacaq.

Qeyd edək ki, görüləcək işlər nəticəsində müəssisədə  40-dan artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır