Oktyabr ayı ərzində vergi orqanlarına 8920 müraciət daxil olub

2017-ci ilin oktyabr ayı ərzində vergi orqanlarına 8920 müraciət daxil olub ki, onların da 89,9%-i ərizə, 10%-i şikayət, 0,1%-i təklifdir.

Müraciətlərin 38%-i müxtəlif arayışların alınması, 34,3%-i kameral vergi yoxlamaları, 9,5%-i vergi borcları, 2,6%-i vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, qalanları isə digər məsələlərlə bağlı olub.

Bütün müraciətlərə vaxtında baxılıb, 76,6%-i müsbət həll olunub.

Hesabat dövründə Vergilər Nazirliyinin mərkəzi aparatı, yerli vergi orqanları və vergi ödəyicilərinə xidmət mərkəzləri də daxil olmaqla bütün qurumlarında vergi orqanlarının müxtəlif səviyyədə rəhbər vəzifəli şəxsləri və vergi əməkdaşları tərəfindən ümumilikdə 502 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır