2017-ci ilin oktyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 11 284 metr qazma işi həyata keçirilib.
Bu sahədə görülən işlərin 10 343 metri istismara, 941 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2017-ci ilin yanvar-oktyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 114 909 metr qazma işi görülüb ki, bunun da 106 593 metri istismara, 8 316 metri isə kəşfiyyata aid olub. 2017-ci ilin oktyabr ayında proqnozlaşdırılan 7 quyuya qarşı faktiki olaraq 10 quyu qazmadan alınaraq mədənçilərə təhvil verilib. Quyulardan 2-si “Neft Daşları”, 2-si “Qərbi Abşeron”, 2-si “Pirallahı”, qalanları isə “Bulla-dəniz”, “Qaradağ”, “Səadan” və “Darvin bankası” yataqlarında qazılıb.
Ümumiyyətlə, ilin əvvəlindən bəri 66 quyuda qazma işləri uğurla başa çatdırılaraq təhvil verilib.