Mərkəzi Bankın Statistik Bülleteninə əsasən, 2016-cı ilin oktyabr ayının sonunda verilmiş kreditlər üzrə orta faiz dərəcəsi manatla 12.24%, xarici valyuta ilə 9.63% , depozit və əmanətlər üzrə orta faiz dərəcəsi isə manatla 6.31%, xarici valyuta ilə 4.72% təşkil edib.
Bu göstəricilər əsasında manatla faiz spredi 5,93%, xarici valyuta ilə 4,91% olub.