Funt sterlinq oktyabr ayında 6,2% geriləyərək 150 valyuta arasında ən çox ucuzlaşan valyuta olub. Bu haqda Bloomberg məlumat verir.
Londonda ING Group-un eksperti Viraj Patel: “Bu ayın gündəmi tamamilə Brexit narahatçılıqları olub. İngiltərənin Avropa Birliyi ilə əlaqələri dəqiqləşənə qədər də sterlinqlə bağlı qeyri-müəyyənliklər davam edəcək”-deyə, bildirib.
Qeyd edək ki, bundan əvvəlki ən böyük geriləmə göstəricisi 8,1%-lə iyun ayında qeydə alınıb. 2016-cı ildə funt ümumilikdə 17% ucuzlaşıb.