Ölkə daxilində istehlak edilmiş təbii qazın 40.3 %-i əhaliyə satılıb

Dövlət Statistika Komitəsi 2017-ci ilin yanvar-mart aylarında təbii qazın paylanması haqqında statistik məlumat yayıb.

Statistikaya əsasən, cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2017-ci ilin yanvar-mart  aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 6762,3 milyon kub metr təşkil edib. Ehtiyatların 69,8 %-i hasilatın, 25,4 %-i qalığın, 4,8 %-i isə idxalın hesabına formalaşıb. Təbii qazın 47 %-i istehlak, 34,9-i faizi ixrac olunub, 6,4 %-i itkiyə gedib, 11,7 %-i isə aprel ayının əvvəlinə ehtiyat kimi qalıb.

Ölkə daxilində istehlak edilmiş təbii qazın 59,7 %-i istehsal ehtiyaclarına sərf edilib, 40,3 %-i isə əhaliyə satılıb.

2017-ci ilin yanvar-mart aylarında 2357,2 milyon kub metr və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2 % çox təbii qaz ixrac edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır