Ölkədə 12.1% inflyasiya qeydə alınıb

2016-cı ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 12,1 faiz bahalaşıb.

Bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, bu ilin 11 ayında ərzaq məhsullarının qiymətləri illik müqayisədə 14,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,6 faiz bahalaşıb.

2016-cı ilin noyabr ayında  oktyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,3 faiz bahalaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır