2018-ci ilin yanvarın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 795 minə yaxınlaşıb.
BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə hər altı fərdi sahibkardan beşi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” və “Nəqliyyat və anbar təsərrüfatı” sahələri üzrə qeydiyyatdan keçib.
Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (29.6%), Aran (20.9%), Gəncə-Qazax (14.0%) və Lənkəran (10.1%) iqtisadi rayonlarında qeydiyyata alınıb.
Qeyd edək ki, fərdi sahibkarların 78.5 %-ni kişilər, 21.5 %-ni isə qadınlar təşkil edib.