Ölkədə ilk dəfə Maliyyə və İnvestisiya Forumu keçiriləcək

6 may tarixində ölkədə ilk dəfə Maliyyə və İnvestisiya Forumu baş tutacaq.Forum maliyyə və investisiya sahəsində fəaliyyət göstərən böyük holdinq və şirkət nümayəndələri tərəfindən könüllü şəkildə həyata keçirilir.

Sosial məsuliyyət fəaliyyəti çərçivəsində bir çox layihələrin gerçəkləşməsində iştirak edən, səhmlərinin 75 faizi dövlətə məxsus Azər Türk Bank ölkədə ilk dəfə baş tutan  tədbirin  sponsoru kimi çıxış edir. Daim yenilikçi və innovativ olan Azər Türk Bankın bu layihədə iştirak etməkdə niyyəti ölkədə maliyyə üzrə maarifləndirməyə dəstək olmaqdır.

Qeyd edək ki, maliyyə bazarları və inkişaf perspektivləri, maliyyələşmə strategiyaları, vergi siyasəti, şəffaf hesabatlılıq və digər aktual mövzuları əhatə edən tədbirdə ölkənin nüfuzlu şirkətlərinin menecerləri spiker kimi iştirak edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır