Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 may 2017-ci il tarixli sərəncamı ilə “Azad iqtisadi zonaların yaradılması işinin sürətləndirilməsi” məqsədilə xüsusi işçi qrup yaradılıb. Belə ki, ona azad iqtisadi zonaların yaradılması ilə bağlı hazırlanmış qanunun ekspertizadan keçirilməsi tapşırılıb.
Qeyd edək ki, həmçinin azad iqtisadi zonaların inkişaf etdirilməsi məqsədi ilə bu sahədə təcrübəsi olan xarici investor şirkətləri ilə bağlanılacaq müqavilələrin ə şərtlərinə dair təkliflər vermək də yeni yaradılmış işçi qrupunun öhdəsinə düşür.