2017-ci ilin yanvar-aprel ayları ərzində ölkənin ÜDM istehsalı 20139,8 milyon manat təşkil edib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 1,2% azdır.
ÜDM istehsalının azalmasına təsir edən əsas amil sənayenin neft hasilatı və emalı sahələrində istehsal həcminin azalması olub.
İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunan əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9% artıb.
ÜDM-nin 44,6 %-i sənayedə, 11,0 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,2 %-i tikintidə, 7,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,0 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 %-i informasiya və rabitə sahələrində, 14,0 %-i digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,3 %-ni təşkil edib.
Qeyd edək ki, əhalinin hər nəfərinə düşən ÜDM 2075,5 manata bərabər olub.