Ölkədən gedən vətəndaşların sayı azalıb

2018-ci ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6% azalaraq 583,0 min nəfər olub.

BBN.az Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə vətəndaşlarının 32,0%-i Gürcüstana, 26,0%-i İrana, 22,4%-i Rusiya Federasiyasına, 12,6%-i Türkiyəyə, 1,9%-i Ukraynaya, 1,4%-i Birləşmiş Ərəb Əmirliklərinə, 3,7%-i isə digər ölkələrə səfər edib. Səfər edənlərin 71,1%-i kişilər, 28,9%-i isə qadınlar olub.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 79,2%-i dəmir yolu və avtomobil, 19,8%-i hava, 1,0%-i isə su nəqliyyatından istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır