İxrac olunan xam neftin miqdarı 9% azalıb

2017-ci ilin yanvar-may ayları ərzində 8 mln.72 min 518.52 ton xam neft ixrac edilib. Belə ki, cari ilin ilk 5 ayı ərzində ixrac edilən xam neftin dəyəri  3,230 mlrd. dollar təşkil edib.

Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, 2017-ci ilin 5 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə  ölkədən ixrac olunan xam neftin miqdarı 9.4 % azalıb,  ixrac olunan xam neftin dəyəri isə 35 % artıb.

Qeyd edək ki, yanvar-may ayları ərzində xam neft Azərbaycanın ümumi ixracının 72,59%-ni təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır