“Ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəkləyirlər”

Avqustun 30-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Serbiya Respublikası Maliyyə Nazirliyinin Gömrük İdarəsinin Beynəlxalq Gömrük Əməkdaşlığı və Avropa İttifana İnteqrasiya Departamentinin rəhbəri xanım Gordana Vidanovicin rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.

Aydın Əliyev vurğulayıb ki, ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədə olsa da, ticari münasibətləri inkişaf etdirməyə ehtiyac var.

Hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini söyləyən Gordana Vidanovic Azərbaycan Gömrük Xidmətinə ÜGT-nin konfransında tutduğu ədalətli mövqeyinə görə təşəkkürünü bildirib. 

Görüşdə bildirilib ki, ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəkləyirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır