Ölkənin ehtiyat aktivlərində artım müşahidə edilib

2017-ci ilin I rübündə ölkənin ehtiyat aktivlərində 463.6 mln. dollar artım müşahidə edilib. Müqayisə üçün qeyd edək ki, ötən ilin I rübündə isə ölkədən maliyyə axınlarının nəticəsi olaraq ehtiyat aktivləri 1270.8 mln. dollar azalıb.

Ehtiyat aktivlərin həcmində 2014-cü ilin sonuncu rübündən başlayaraq müşahidə edilən neqativ meyil, ötən ilin II rübündən etibarən müsbət trendlə əvəz olunub.

Qeyd edək ki, bu barədə ətraflı məlumat almaq üçün Azərbaycan Banklar Assosiasiyasının analitik hesabatı ilə tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır