Online alış-verişdə ən sərfəli banklar – RENKİNG

Online alış-veriş zamanı kartımız manat hesabında olsa da,  xarici valyutada ödəniş etməli oluruq.  Bu halda manatın dollara, avroya və ya digər valyutalara çevirən zaman əlavə konvertasiya haqqı ödəyirik. Bu konvertasiya haqqı bankların kassında valyuta mübadiləsi zamanı tətbiq edilən əlavə marjaya bənzəyir, lakin ondan miqdarına görə fərqlənir.  Bəzi hallarda konvertasiya o qədər az olur ki,  nağdsız alış-verişi manat hesabı ilə etmək, bu vəsaiti dollara çevirib dollar hesablı kart açmaqdan qat-qat əlverişli hala gəlir.

BBN.az olaraq, konvertasiya haqının 2% və daha az olduğu bankların sıralamasını sizə təqdim edirik:

Sıra Banklar Konvertasiya haqqı Qeyd
1-6 Azər Türk Bank 0.5%
1-6 Azərbaycan Beynəlxalq Bankı 0.5%
1-6 Bank Melli İran Bakı filialı* 0.5% Yalnız ölkə daxili
1-6 Caspian Development Bank 0.5%
1-6 Xalq Bank* 0.5% Ölkə daxili ödənişlərdə 3%
1-6 Kapital Bank 0.5%
7 AccessBank 1.0%
8-11 AFB Bank* 2.0% Ölkə daxili ödənişlərdə 4%
8-11 Bank BTB 2.0%
8-11 Bank Respublika 2.0%
8-11 PAŞA Bank 2.0%

Online alış-verişdə diqqət edilməsi gərəkən əsas məsələ isə kartın “Visa” və ya “MasterCard” sistemində olmasıdır. Çünki,  hər bir sistemin öz əsas valyutası vardır.  Əgər bu sistemlərin əsas valyutasından fərqli bir valyutaya konvertasiya prosesi baş verirsə, bu Azərbaycan Mərkəzi Bankının məzənnəsindən  fərqli bir nisbətdə baş verə bilər.

Bu renkinqin davamı isə aşağıdakı cədvəldə əks olunmuşdur:

Sıra Banklar Konvertasiya haqqı Qeyd
12 Unibank 3.0%
13 Naxçıvanbank 3.1%
14 Bank of Baku* 3.3% Konvertasiya bankın satış məzənnəsi ilə edilir
15 Yapı Kredi Bank 3.9%
16-28 AGBank 4.0%
16-28 Amrahbank 4.0%
16-28 AtaBank 4.0%
16-28 Bank Avrasiya 4.0%
16-28 Bank VTB 4.0%
16-28 DəmirBank 4.0%
16-28 Expressbank 4.0%
16-28 Günay Bank 4.0%
16-28 Muğanbank 4.0%
16-28 Nikoil Bank 4.0%
16-28 Rabitəbank 4.0%
16-28 Silk Vey Bank 4.0%
16-28 TuranBank 4.0%

İnformativ xarakterli araşdırmaları izləmək üçün səhifəmizi bəyənin. 

 

Həmçinin bax:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır