ABŞ-ın Strateji Enerji və İqtisadi Araşdırma Mərkəzinin (SEER) rəhbəri Micheal Lynch OPEC ilə Rusiyanın istehsalın məhdudlaşdırılması ilə bağlı müsbət qərar ala bilməməsinin neftin qiymətinin 40 dollardan daha aşağı səviyyələrə düşməsinə səbəb ola biləcəyini deyib.
Lynch OPEC-in bu gün Vyanada baş tutacaq olan iclasında kartel üzvlərinin anlaşa bilməməsinin qlobal neft bazarında təklifin daha da artmasına səbəb olacağını bildirib.
O eyni zamanda OPEC üzvü olan İran, İraq, Liviya, Nigeriya və Venezuelanın iqtisadi və daxili çətinliklərini əsas gətirərək razılaşmayacaqlarını düşündüyünü qeyd edib.
“Səudiyyə Ərəbistanı OPEC-in yükünü daşımaqda tərəddüd edir. Onlar 1986-cı ildə neft istehsalını azaldaraq OPEC-ə kömək etmişdilər, lakin digər üzvlər istehsalı artırmağa davam etmişdi”-deyə, Lynch əlavə edib.