Neft Hasil Edən Ölkələr Birliyi (OPEC) elektrikli avtomobillərin sayı ilə bağlı proqnozlarını təxminən 4 dəfə artırıb. OPEC 2040-cı ilə qədər elektrikli avtomobillərin sayı ilə bağlı proqnozunu 46 mln. ədəddən 266 mln. ədədə yüksəldib.
Təşkilatın proqnoz hesabatına əsasən, 2040-cı ildə elektrikli avtomobillər avtomobil bazarının 12%-ni təşkil edəcək.
OPEC-lə yanaşı Beynəlxalq Energetika Agentliyi (İEA) 2030-cu il üçün elektrikli avtomobillərin sayı ilə bağlı proqnozunu 2,5 dəfə artıraraq 23 mln. ədəddən 58 mln.-a yüksəldib.
Beynəlxalq miqyasda aparılan araşdırmalar göstərib ki, 2040-cı ilə qədər elektrikli avtomobillər dünya miqyasında neftə olan tələbatı 8 mln. barel/gün və ya bugünkü tələb nəzərə alınarsa 8%-ə yaxın azaldacaq və dünya neft sənayesinə illik 700 mlrd. dollar zərər vuracaq.