OPEC-in baş katibi Məhəmməd Barkindo bu həftənin sonunda ilk dəfə Azərbaycana rəsmi səfər edəcək.
Energetika Nazirliyindən verilən məlumata görə, M.Barkindonun səfəri 17-19 mart tarixlərinə planlaşdırılır. Səfər zamanı Azərbaycan və OPEC-in cari münasibətləri, OPEC+ sazişi çərçivəsində təşkilatla əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinin müzakirə olunması nəzərədə tutulur.