OPEC iyul ayında neft hasilatını artırıb

OPEC iyul ayında neft hasilatını 172,6 mln. barel/gün artıraraq 32,869 mln. barel/günə çatdırıb.

Neft hasilatında artım Səudiyyə Ərəbistanı, Liviya və Nigeriyanın hesabına baş tutub. İraq, Anqola və Venesuela kimi ölkələrdə isə hasilat azalıb.

Liviyanın iyul ayında hasilatı 154,3 mln. barel/gün və ya 18,2% artaraq 1,001 mln. barel/günə, Nigeriyanın isə 34,3 mln. barel/gün və ya 1,98% artaraq 1,748 mln. barel/günə çatıb. Səudiyyə Ərəbistanı isə neft hasilatını 31,8 mln. barel/gün və ya 0,31% artıraraq 10,067 mln. barel/günə çatdırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır