OPEC neft hasilatını Liviya və Nigeriyanın hesabına artırıb

OPEC təşkilatına üzv olan ölkələrin may ayında neft hasilatı Liviya və Nigeriyanın hesabına artıb.

Liviya neft hasilatını 827 min barel/günə çatdırıb. Liviya Milli Neft Korporasiyasından bildirilib ki, texniki problemlərin aradan qaldırılması “Şarara” yatağında hasilatı bərpa etməyə imkan verib.

Liviya ilə Nigeriyanın hasilatı artırması nəticəsində OPEC-in may ayında orta gündəlik neft hasilatı  250 min barel artaraq 32,2 mln. barelə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır