Neft Hasil Edən Ölkələr Birliyi (OPEC) bildirib ki, 2016-cı ilin 30 noyabrında neft hasilatının azaldılması razılaşması ilə əlaqədar 11 üzv, iyun ayında gündəlik 29.89 milyon barel neft istehsal edib.
Belə ki, neft hasilatının azaldılması razılaşmasına uyğun olaraq 11 üzvün may ayında hasilatı 110 % olduğu halda, iyun ayında 92% təşkil edərək azalıb.
Qeyd edək ki, OPEC-in 13 üzvünün ümumilikdə may ayında istehsalı 32.06 milyon barel ilə məhdudlaşıb, lakin iyunda günlük 32.45 milyon barel neft istehsal olunub.