İranın neft naziri Bijan Nəmdar Zanqane Venesuelalı həmkarı ilə görüşüb. Görüşün əsasını neftin indiki bazar şərtləri üzərində qarşılıqlı enerji əlaqələri və geniş müzakirələr təşkil edib.
Görüş zamanı nazir, həmçinin, bildirib ki, avqustda OPEC ölkələri hasilatın azaldılması üzrə planı 98% yerinə yetiriblər.
Zanqane həmçinin əlavə edib ki, hasilatın azaldılması üzrə sövdələşmənin gələcəkdə uzadılması oktyabrın 4-də Moskvada keçiriləcək energetika inkişafı və enerjiyə qənaətə dair “Rusiya enerji həftəsi” beynəlxalq forumda müzakirə olunacaq.
Görüşün digər əsas məqamlarından biri də iyun 2018-ci ilə qədər neft hasilatını azaltmaq planının uzadılması olub.