Neft İxrac Edən Ölkələr Təşkilatı(OPEC) və ona üzv olmayan ölkələrin nümayəndələri, 7 – 8 avqust tarixlərində hasilatın azaldılması öhdəliklərinin niyə tam ödənilmədiyinin səbələrini müzakirə etmək üçün Əbu Dabidə görüşəcək.
Küveyt və Rusiyanın başçılıq etdiyi yığıncaqda, bəzi ölkələrin hasilatın azaldılmasına tam olaraq əməl etməməsinin səbəbləri dəyərləndiriləcək.
Qeyd edək ki, bəzi ölkələrin nümayəndələri OPEC-in hasilatın azaldılması şərtlərinə düzgün əməl etdiyini ölçmək üçün xaricdən təmin etdiyi qaynaqların istehsalı olduğundan çox göstərdiyi məsələsinə də toxunacaqlarını bildirib.