OPEC və Rusiya neft hasilatının dondurulması ilə bağlı yarım illik razılığa gəliblər, bu barədə Venesuelanın Neft Naziri Eulogio del Pino məlumat verib.
“Venesuela belə hesab edir ki, OPEC-ə üzv olmayan neft ixracatçısı ölkələri dekabr ayının 10-da Vyanada neft hasilatının dayandırılması ilə bağlı sənəd imzalayacaqlar” deyə del Pino öz sözlərində bildirib.
Eulogio del Pino bunuda qeyd edib ki, Venesuelada neft istehsalı 2016-cı ilin sonunda 160 milyon tona çata biləcək.