OPEC-in xam neft istehsalı artıb

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC)  neft hasilatının  azaldılması sazişinə daxil olmayan üzv ölkələrin istehsalı artırması nəticəsində 2017-ci ilin iyun ayında OPEC-in xam neft istehsalı artıb.

OPEC-ə üzv ölkələr neft istehsalını iyunda may ayına nisbətən günlük 260 min barrel artırıb. Artımın yarısı OPEC-in neft hasilatının azaldılması razılaşmasına daxil olmayan Liviya və Nigeriya tərəfindən olub.

Qeyd edək ki, neft hasilatının azaldılmasına dair saziş neft bazarının tarazlığa düşməsi məqsədiylə 2018-ci ilin mart ayına qədər uzadılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır