Orta aylıq nominal əmək haqqı 6.2% artıb

2017-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 525.0 manat olub.

BBN.az Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 6.2% çoxdur.

Qeyd edək ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır