Orta illik inflyasiya 14% təşkil edib

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2017-ci ilin 8 ayında orta illik inflyasiya 14% təşkil edib.

Qiymət dinamikası və inflyasiya gözləntilərinin amillərində əhəmiyyətli dəyişiklik baş verməyib. İnflyasiyanın xarici faktorlarında yüksək volatillik qalır. O cümlədən cari ildə dünya ərzaq qiymətlərində yüksəlmə və bəzi partnyor ölkələrdə milli valyutaların bahalaşması müşahidə olunub. Ümumi inflyasiya gözləntilərinin ayrı-ayrı məhsul qruplarının və qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətlərinin dəyişiminə həssaslığı qalmaqdadır.

İnflyasiyanın qısa və orta müddətli risk amillərinin təhlili hələ ki, pul siyasətinə hər hansı əhəmiyyətli korreksiya zərurətini şərtləndirmir.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətində faiz dəhlizinin parametrləri növbəti dəfə 15 noyabr 2017-ci il tarixdə müzakirə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır