Ötən ilə nisbətən POS terminalların sayı 4% azalıb

Mərkəzi Bankın 2016-cı ilin sentyabr ayının sonuna olan göstəricilərinə əsasən, POS terminalların sayı 74404 ədəddir. Ötən ilin analoji dövründə bu göstərici 77170 ədəd idi. Yəni, POS terminalların sayında 2766 ədəd və ya 3,6%-lik azalma baş vermişdir.

Rəsmi məlumatlara əsasən, 2016-cı ilin sentyabr ayının sonunda 1 POS terminala düşən əməliyyatların orta aylıq həcmi 1468.4 manat olmuşdur. Bu 2015-ci ilə nisbətən 25%-lik artım deməkdir. Belə ki, ötən ilin analoji dövründə bu göstərici 1171,8 manat idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır