Ötən ay 16 milyon manatdan çox nağdsız əməliyyat həyata keçirilib

2017-ci ilin yanvar ayı ərzində Azərbaycanda fəaliyyət göstərən özəl və dövlət müəssisələri tərəfindən plastik kartlarla ümumilikdə 77 min 639 nağdsız əməliyyat həyata keçirilib.

Bu haqda Vergilər qəzetində bildirilib.

Əməliyyatlar nəticəsində 16 milyon 774 min 238 manat həcmində vəsait dövriyyədə olub.

Qeyd edək ki, Mərkəzi Bankdan verilən məlumata görə sözügedən dövr ərzində ödəniş kartları ilə əməliyyatlar ümumilikdə 25 müəssisəni əhatə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır