2017-ci ilin iyun ayı ərzində Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 3026 Yaşıl Kart beynəlxalq sığorta müqaviləsi bağlanılıb. Bunlardan 1731 müqavilə Türkiyə və İran İslam Respublikasına, 1230 müqavilə Rusiya, Moldova və Ukrayna Respublikasına, 65 müqavilə isə Yaşıl Kart sisteminə daxil olan bütün ölkələrə (Belarus və İsrail istisna olmaqla) səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub.
Hesabat dövründə beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları 175 731 manat təşkil edib. Yaşıl Kart müqavilələrinin 2575-i minik, 237-i yük, 200-ü qoşqu, 11-i avtobus, 3-ü isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.
Qeyd edək ki, Yaşıl Kartbeynəlxalq sığorta sistemi – avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir. Bu sistemə əsasən Yaşıl Kart haqqında Sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnam əsi həmin Sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır.