Ötən ay BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon tondan çox neft nəql olunub

2016-cı ilin dekabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 386 min 450 ton Azərbaycan nefti nəql olunmuşdur.Ötən ilin yanvar- dekabr aylarında bu kəmərlə 28 milyon 862 min 673 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il yanvar ayının 1-ə qədər BTC-yə 321 milyon 538 min 62 ton neft vurulub.

Bundan başqa, 2016-cı ilin dekabr ayında BTC kəməri ilə 441 min 271 ton Türkmənistan nefti nəql olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır