2016-cı ilin dekabr ayı ərzində 1 milyon 887 min 729 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 1 milyon 374 min 823 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib). Ötən ilin yanvar-dekabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 28 milyon 640 min 827 ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il yanvar ayının 1-ə qədər Ceyhan limanından 319 milyon 834 min 599 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.