Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı ötən ay ondan əvvəlki ayla müqayisədə 8 min barrel azalaraq, 32 milyon 300 min barrelə geriləyib.
BBN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, OPEC-in Yanvar Neft Bazarı Hesabatına görə, qlobal neft hasilatı əvvəlki aya nisbətən 350 min barrel artaraq, təxminən 97 milyon 670 min barrelə çatıb.
Yanvar ayında OPEC-ə daxil olmayan ölkələrdə günlük neft hasilatı 360 min barrel artaraq 65 milyon 360 minə barrelə yüksəlib.