Ötən il 149 minə yaxın vergi ödəyicisi qeydiyyata alınıb

2017-ci il ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 312 450 zəng cavablandırılıb. BBN.az Nazirliyə istinadən xəbər verir ki,  vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 2472882  SMS göndərilib. 2017-сi il  ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 5 211 125 daxilolma qeydə alınıb.

Vergi ödəyicilərinə xidmət strukturlarında 486 318 vətəndaş qəbul edilərək onlara 744 149 sayda xidmət göstərilib. 2018-ci ilin 1 yanvar tarixinə vergi ödəyicilərinə ümumilikdə 404 646 sayda ASAN İmza sertifikatı verilib.

Qeyd edək ki, 2017-ci il ərzində 148 990 vergi ödəyicisi (11 860 hüquqi şəxs, 137 130  fiziki şəxs), 31 782 təsərrüfat subyekti (obyekti), 17 167 nəzarət–kassa aparatı və 6 803 POS-terminal qeydiyyata alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır