Ötən il 255 mindən çox “ASAN imza” sertifikatı verilib

Vergilər qəzetinin məlumatına əsasən, 2017-ci il 1 yanvar tarixinə vergi ödəyicilərinə verilmiş “ASAN imza” sertifikatlarının ümumi sayı 255.536 olub.

Bundan başqa, Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 220.399 zəng üzrə 238.889 sual cavablandırılıb. Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 1.737.459 SMS, ikitərəfli mesaj xidmətinin istifadəçilərinə isə 298.043 SMS göndərilib.

Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 4.493.844 daxilolma qeydə alınıb. Vergi ödəyicilərinə  xidmət strukturlarında 507.804 vətəndaş qəbul edilib, onlara 816.698 xidmət göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır