Ötən il Avropada 500-ə yaxın bank bağlanıb – ölkələr üzrə STATİSTİKA

Makroiqtisadi vəziyyətdə baş verən dəyişikliklərdən sonra Azərbaycanda bankların mövqeyində mənfi trendlər müşahidə edilməyə başladı. Bu trend ötən il bankların bağlanması prosesini daha da gücləndirdi.

Bankların bağlanması prosesi Azərbaycanla yanaşı neft hasilatçısı olan qonşularımızda da müşahidə edilməkdədir: ötən il ərzində Azərbaycanda 10 bankın lisenziyası ləğv edilsə də, Rusiyada bu rəqəm 100-ü keçib və aktiv olaraq fəaliyyət göstərən bankların sayı 575-ə enib. Qazaxıstanda isə vəziyyət nisbətən mülayim olub – 2016-cı il ərzində bankların sayı 35-dən 33-ə enib.

Lakin 2016-cı il təkcə neft istehsal edən ölkələrin deyil, həm də bəzi Avropa ölkələrinin bank sektoru üçün də dinamik bir il olaraq yadda qalıb.

Belə ki,  ötən il tədqiq edilən 32 Avropa ölkəsində 490 bank bağlanıb ki, bu da say baxımından ümumi bazarın 6.4%-i deməkdir. Hər bir ölkədəki vəziyyəti isə aşağıdakı cədvəldə görmək mümkündür.

AVROPADA BAĞLANAN BANKLAR

Sıra Ölkələr Bağlanan bankların sayı Faizlə İlin sonuna bankların sayı
1 Niderland 111 53.4% 101
2 İslandiya 4 33.3% 9
3 Macarıstan 34 25.6% 101
4 Sloveniya 4 17.4% 19
5 İrlandiya 44 10.6% 373
6 İtaliya 57 9.0% 590
7 Avstriya 61 8.9% 624
8 Belçika 8 8.0% 95
9 Estoniya 3 7.9% 37
10 Latviya 4 6.5% 58
11 Lixtenşteyn 1 6.3% 15
12 İsveçrə 15 5.3% 275
13 Almaniya 75 4.2% 1696
14 İspaniya 11 4.1% 262
15 Lüksemburq 6 4.1% 145
16 Malta 1 3.6% 27
17 Danimarka 4 3.5% 110
18 Birləşmiş Krallıq 13 3.5% 375
19 Xorvatiya 1 2.9% 34
20 Fransa 15 2.6% 558
21 Litva 2 2.2% 87
22 Yunanıstan 1 2.2% 44
23 Finlandiya 5 1.8% 277
24 Çexiya 1 1.7% 59
25 Kipr 1 1.6% 63
26 Norveç 2 1.2% 172
27 Portuqaliya 1 0.7% 150
28 İsveç 1 0.6% 161
29 Polşa 4 0.6% 657
30 Slovakiya 0 0.0% 30
31 Rumıniya 0 0.0% 39
32 Bolqarıstan 0 0.0% 29
CƏMİ 490 6.4% 7272

2016-cı il üçün bankların sayında ən böyük azalma faiz etibarı ilə Niderlandda müşahidə edilib.  Bu ölkədə bağlanan bankların sayı 111 ədəd və ya bank sektorunun 53.4%-i qədər olub. İlk beşlikdə olan İslandiya və Sloveniyada hər birində cəmi 4 bank fəaliyyətini dayandırsa da bank sektorunun miqyası baxımından bu olduqca böyükdür.

Macarıstan və İrlandiyada isə həm miqyas, həm də say saxımından böyük geriləmə müşahidə edilir. Macarıstandan 34 bank (33.3%), İrlandiyada isə 44 bank (10.6%) artıq fəaliyyət göstərmir. Azərbaycan isə faiz etibarı ilə bu iki ölkə arasında yer alır – 23.8%.

Bağlanan bankların sayı baxımından Almaniya (75), Avrtriya (61) və İtaliyanın (57) da adını çəkmək olar.  Lakin bu ölkələrdə bankların sayının çox olması onların faiz göstəricisinin aşağı olmasına səbəb olmuşdur. Bu göstəricilər uyğun olaraq, 4.2%, 8.9% və 9% təşkil edib.

Bununla yanaşı ötən il ərzində Avropada 82 yeni bank fəaliyyətı başlayıb. Tədqiq edilən 32 ölkədən cəmi 10-da yeni bank açılmayıb.  Qalanlarında isə yeni banklar lisenziya əldə ediblər.

AVROPADA AÇILAN BANKLAR

Sıra Bank Açılan bankların sayı Faizlə İlin sonunda bankların sayı
1 İslandiya 1 8.3% 9
2 Slovakiya 2 7.1% 30
3 Estoniya 2 5.3% 37
4 Birləşmiş Krallıq 18 4.9% 375
5 Belçika 3 3.0% 95
6 İsveçrə 8 2.8% 275
7 Rumıniya 1 2.6% 39
8 İtaliya 14 2.2% 590
9 Lüksemburq 3 2.0% 145
10 Portuqaliya 3 2.0% 150
11 Niderland 4 1.9% 101
12 Norveç 3 1.8% 172
13 Çexiya 1 1.7% 59
14 Macarıstan 2 1.5% 101
15 Finlandiya 3 1.1% 277
16 Danimarka 1 0.9% 110
17 İspaniya 2 0.7% 262
18 İsveç 1 0.6% 161
19 Fransa 3 0.5% 558
20 İrlandiya 2 0.5% 373
21 Almaniya 4 0.2% 1696
22 Avstriya 1 0.1% 624
23 Sloveniya 0 0.0% 19
24 Latviya 0 0.0% 58
25 Lixtenşteyn 0 0.0% 15
26 Malta 0 0.0% 27
27 Xorvatiya 0 0.0% 34
28 Litva 0 0.0% 87
29 Yunanıstan 0 0.0% 44
30 Kipr 0 0.0% 63
31 Polşa 0 0.0% 657
32 Bolqarıstan 0 0.0% 29
Cəmi 82 7272

Bu göstərici üzrə faiz etibarı ilə İslandiya ilk mövqedə olsa da Birləşmiş Krallıq say etibarı ilə öndədir. Belə ki,  ötən il Birləşmiş Krallıqda 18 banka lisenziya verilib.

ÜMUMİ NƏTİCƏ

Nəticə etibarı ilə Avropanın yalnız 5 ölkəsində bankların sayında artım müşahidə edilib. 24 ölkədə isə bankların ümumi sayı azalıb. 3 ölkədə isə bu say sabit qalıb.

Bankların sayında artım olan ölkələr (say) Bankların sayı sabit
qalan ölkələr
Bankların sayında geriləmə
 olan ölkələr (say)
Birləşmiş Krallıq (5) Çexiya Estoniya  (-1)
Portuqaliya (2) İsveç Lixtenşteyn (-1)
Slovakiya (2) Bolqarıstan Malta (-1)
Norveç (1) Xorvatiya (-1)
Rumıniya (1) Yunanıstan (-1)
Kipr (-1)
Litva (-2)
Finlandiya (-2)
İslandiya (-3)
Lüksemburq (-3)
Danimarka (-3)
Sloveniya (-4)
Latviya (-4)
Polşa (-4)
Belçika (-5)
İsveçrə (-7)
İspaniya  (-9)
Fransa  (-12)
Macarıstan (-32)
İrlandiya (-42)
İtaliya (-43)
Avstriya  (-60)
Almaniya (-71)
Niderland  (-107)

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır