İqtisadiyyat naziri ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə bildirilib ki, son 3 ildə Azərbaycan-İran əlaqələri yeni mərhələyə yüksəlib, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsi üzrə işlər uğurla davam etdirilir.
Ötən 2016-cı ildə Azərbaycan və İran arasında ticarət dövriyyəsi 70%-ə yaxın artıb. Görüşdə qeyd edilib ki, İranla, xüsusilə də İranın sərhəd regionları ilə əməkdaşlığın genişləndirilməsi, ticarət əlaqələrinin inkişafı imkanları böyükdür.
Görüşdə həmçinin, Azərbaycan nümayəndə heyətinin fevral ayında İranın bir sıra regionlarına nəzərdə tutulan səfərinə, keçiriləcək görüş və tədbirlərə dair müzakirələr aparılıb.