Ötən il Azərbaycanın xarici dövlət borcu nə qədər olub?

1 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları, yəni 15,978.1 milyon manat, xarici dövlət borcunun Ümumi Daxili Məhsul`a (ÜDM) olan nisbəti 22.8 % (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil edib.

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır