Bu həftənin ilk günü rəqəmsal pul vahidi “Bitcoin”in dəyəri 1000 dollara yəni, 3 ilin ən yüksək həddinə çatıb.
Brexit hadisəsi ilə başlayan və Trampın prezident seçilməsi, Hindistanın milli pul vahidi olan rupi əsaslı notların ləğv olunması ilə davam edən qlobal hadisələr nəticəsində “Bitcoin” son aylarda əhəmiyyətini artırıb.
Rəqəmsal pul vahidinin veb-saytının təsisçisi və rəhbəri Charles Hayter bu prosesləri “hadisələrin mükəmməl fırtınası” adlandırıb və qlobal miqyasda qeyri-müəyyənliyin baş tutmasının Bitcoin üçün müsbət təsirləri olduğunu bildirib.
Populizmin artmasının beynəlxalq mənada qapıların bağlanmasına səbəb olduğunu vurğulayan Hayter ticarət müharibələrinin və digər gərginliklərin artmasının cəmiyyət üçün riskli göründüyünü də əlavə edib.
Bütün bunlar ötən il “Bitcoin”in dəyərinin iki dəfə artaraq 430 dollardan 1023 dollara yüksəlməsinə səbəb olub. Trampın prezident seçilməsindən sonra isə 40%-lik artım qeydə alınıb.
Bir çoxları “Bitcoin”lə hesablaşmaları anonimlik məqsədilə üstün tutur, eyni zamanda narkotik vasitələrin və ya digər qanunsuz alış-verişlər üçün də istifadə edilir.
“Bitcoin”in dəyəri illər ərzində kəskin tərəddüdlər yaşayıb. Məsələn, 2013-cü ildə iki ayda 10 dəfə artaraq 1151 dollara qədər yüksəlib. 2014-cü ildə isə Tokio mərkəzli Mt.Gox Bitcoin valyutasının sıradan çıxması pul vahidinin dəyərini 400 dollardan daha aşağı səviyyəyə salıb.
Bitcoin 2009-cu ildə onlayn rejimdə anonim şəkildə yaradılıb. Heç bir ölkəyə məxsus deyil və heç bir dövlət tərəfindən hüquqi formada təsdiqlənməyib. Buna baxmayaraq, ən məşhur və ən çox istifadə olunan rəqəmsal pul vahididir.
Hack olunması isə hələ də böyük problem olaraq qalmaqdadır.
Ən son avqust ayında böyük rəqəmsal valyuta birjası “Bitfinex”in xakerlərin hücumuna məruz qalması 65 milyon dollar dəyərində “Bitcoin”in oğurlanmasına səbəb olmuşdu.
Bütün bu tərəddüdlərə baxmayaraq, Bitcoin əsaslı startuplar ən önəmli investorların diqqətini cəlb edir.
Onların arasında American Express, Bain Capital, Deloitte, Goldman Sachs, MasterCard, the Nyu York Həyat Sığortası Şirkəti və Nyu York Birjası da var.
Onlar bu texnologiyanın ticarət əməliyyatları, pul transferti, əmək haqqı ödənişi və s. ilə bağlı metodları dəyişəcəyini iddia edirlər.
Mənbə: CNN Money