Ötən il “Kapital Bank”ın nizamnamə kapitalı 185.9 milyon manat olub

“Kapital Bank”ın aktivləri 1 yanvar 2018-ci il tarixinə 3.2 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1.8% artaraq 1.2 milyard manat olub.

Bankda BBN.az-a verilən məlumata əsasən, müştəri depozitlərinin həcmi  2.4 milyard manat olub. Əhalinin əmanətlərinin həcmi isə 836.9 milyon manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 6% çoxdur.

Bankın 1 yanvar 2018-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 299.9 milyon manat, nizamnamə kapitalı isə 185.9 milyon manat təşkil edib.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır