Ötən il MİDA-ya 54 mindən çox müraciət daxil olub

2017-ci ildə “Elektron hökumət” portalı üzərindən xidmətlərinə ən çox müraciət olunan 10 qurumdan biri də Azərbaycan Respublikasının Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyidir.

BBN.az xəbər verir ki, Agentliyin 31.05.2017-ci il tarixində istifadəyə verdiyi “Güzəştli mənzil” sistemi vasitəsilə təqdim etdiyi xidmətə ilin sonunadək 54 417 müraciət edilib.

Vətəndaşların marağına səbəb olan Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin “Güzəştli mənzil” sistemi bir sıra digər sosial xidmətlərlə yanaşı elektronlaşdırılaraq portala inteqrasiya olunub. Eyni zamanda, dövlət qurumları arasında məlumat mübadiləsini təmin edən “Elektron hökumət” vasitəsilə “Güzəştli mənzil” sistemi üçün 5 dövlət qurumu ilə 7 növ məlumat mübadiləsi aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır