Naxçıvan MR-da ÜDM istehsalı artıb

Naxçıvan Muxtar Respublikasında 2017-ci ilin yanvar-noyabr aylarında 2 milyard 357 milyon 217 min 100 manatlıq ümumi daxili məhsul istehsal olunub.

BBN.az Naxçıvan Muxtar Respublikasının Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,6% çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,7% artaraq 5227,8 manata çatıb.

Qeyd edək ki, Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 879 milyon 800 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 1,2% üstələyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır