Ölkə üzrə ödəniş kartlarının ümumi sayında 2017-ci ilə nisbətən 2018-ci ildə 12.26% artım müşahidə olunub. Belə ki, kredit kartlarının sayı 2017-ci ildə 5800 min ədəd idisə, 2018-ci ildə onların sayı artaraq 6511 minə çatıb.
2018-ci ildə ödəniş kartlarının ümumi sayının 5651 min ədədini debet kartları (bunlara daxildir: sosial, əmək haqqı və digər debet kartları), 860 min ədədini isə kredit kartları təşkil edib.
Kartlar vasitəsi ilə aparılan əməliyyatların həcmi 2017-ci ildə 1546 mln manat (9449 min əməliyyat) olub. Ötən il, yəni 2018-ci ildə bu rəqəm artaraq 1836 mln manata ( 11692 min əməliyyat) çatıb.
Qeyd edək ki, 2017-ci illə müqayisədə ATM-lərin və POS terminalların sayında da artım baş verib. Ölkə üzrə ATM-lərin sayı əvvəlki illə müqayisədə 2018-ci il 12.26% artaraq 2502 -ə çatıb. Həmçinin POS terminalların sayı 2017-ci ildə 65471 ədəd idisə, 2018-ci ildə bu göstərici artaraq 66110 ədəd olub.