Ötən il pərakəndə ticarət dövriyyəsi 2.5% artıb

2017-ci ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki illə müqayisədə 2.5% artaraq 35.3 milyard manata bərabər olub. Ticarət dövriyyəsinin 17.9 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17.4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib.

BBN.az Statistika komitəsinin məlumatına əsasən xəbər verir ki, satılmış məhsulların dəyəri 2016-cı ilin göstəricilərini real ifadədə müvafiq olaraq 1.9 faiz və 3.1 faiz üstələyib.

Qeyd edək ki, hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 301.9 manat və ya 2016-cı ilin müvafiq göstəricisindən nominal ifadədə 40.9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 153.1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 148.8 manatlıq qeyri-ərzaq məhsulları alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır