2016-cı il ərzində ölkənin qiymətli kağızlar bazarı artım nümayiş etdirmiş, pozitiv kəmiyyət göstəriciləri ilə yanaşı önəmli keyfiyyət dəyişiklikləri qeydə alınıb.
Belə ki, 2016-cı ilin yanvar-dekabr ayları ərzində qiymətli kağızlar bazarı 2015-ci il ilə müqayisədə 33% artaraq 14,026 milyard manat təşkil edib. Keçən il ərzində qiymətli kağızların ilkin bazarı 4,5 dəfə artaraq 8,669 milyard manata çatıb. Ümumilikdə korporativ qiymətli kağızlar bazarı 2 dəfədən, dövlət qiymətli kağızlar bazarı isə 40 dəfədən çox artıb.
Qeyd edək ki, digər göstəricilərlə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Ümumi göstəricilər |
||||||
2016 | 2015 | məbləğ üzrə fərq | bazar payı (%) | |||
yanvar – dekabr | yanvar – dekabr | |||||
əqd sayı | məbləğ (AZN) | əqd sayı | məbləğ (AZN) | |||
Korporativ qiymətli kağızlar | 3 235 | 8 746 935 151 | 4 855 | 4 186 121 930 | 2,1 dəfə | 62% |
İlkin bazar | 628 | 8 248 026 100 | 215 | 1 913 926 446 | 4,3 dəfə | |
Təkrar bazar | 2 607 | 498 909 051 | 4 640 | 2 272 195 484 | 4,5 dəfə | |
Dövlət qiymətli kağızları | 282 | 836 158 060 | 16 | 20 793 459 | 40,2 dəfə | 6% |
İlkin bazar | 207 | 421 490 193 | 0 | 0 | – | |
Təkrar bazar | 54 | 145 912 500 | 16 | 20 793 459 | 7 dəfə | |
Törəmə maliyyə alətləri | 45 833 | 4 440 667 091 | 48 814 | 6 194 376 766 | 28% | 32% |
Repo/əks-repo | 2 | 2 064 764 | 113 | 123 762 620 | 60 dəfə | |
Qiymətli kağızlar bazarı | 49 352 | 14 025 825 065 | 53 798 | 10 525 054 775 | 33% | 100% |
İlkin bazar | 835 | 8 669 516 293 | 215 | 1 913 926 446 | 4,5 dəfə | |
Təkrar bazar | 48 494 | 5 085 488 642 | 53 583 | 8 611 128 329 | 41% |