2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 114 ölkəyə məhsul ixrac olunmuş, 173 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2016-cı ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 19606,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 11889,5 milyon dollar, idxalın dəyəri 7716,7 milyon dollar təşkil etmiş, nəticədə 4172,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.
Ticarət dövriyyəsinin 36,8 faizi Avropa İttifaqı ölkələri, 12,5 faizi MDB üzvü dövlətləri, 50,7 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür.
2016-cı ilin yanvar-noyabr aylarında 1117,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2015-ci ilin eyni dövrünə nisbətən real ifadədə 17,8 faiz azdır.