Neft Fondu dollar satışını azaldır

BBN.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2017-ci ilin mart ayı ərzində 250 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu ilin yanvar ayında bu məbləğ 285 mln. dollar, fevral ayında isə 258.4 mln dollar təşdil edib.

Ümumilikdə isə bu ilin ilk rübündə Fond tərəfindən bazara 793,4 mln. dollar satılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır