Yaponiyada “AEON Kredit Servis” və “Fujitsu” şirkətləri kartsız ödəmə sınaqlarına başlayacaqlarını açıqlayıb.
Son zamanlar texnologiyanın inkişafını nəzərə alan şirkətlər müştərilərin rahatlığı və təhlükəsizliyi üçün kartları bazardan çıxarmağa başlayıb. Artıq bir çox texnologiyalar şəxsin tanınmağına və etibarlılığın aşağı olmasına zəminyaradır. Bu baxımdan şirkətlər “ovuc içi” tanıma texnologiyasına başladıqlarını və bunun daha təhlükəsiz olması qərarını veriblər. Beləliklə artıq heç bir ağıllı texnologiyaya da ehtiyac qalmayacaq. Bu texnologiya insanlara “boş əllə” alış-veriş etməyə kömək olacaq.
Müştərilər əvvəlcədən qeydiyyatdan keçərək bu texnologiyadan istifadə edə biləcəklər. Onlar əvvəlcə “AEON” kartına öz “ovuc içi” məlumatlarını, doğum tarixlərini daxil edəcəklər və ödəniş zamanı ovuclarını xüsusi texnologiyaya yaxınlaşdıracaqlar. Beləliklə, müştərilər çantalarından kart və ya başqa əşya çıxarmadan ödəniş edə biləcəklər.