Növbəti həftə Azərbaycanda yaradılacaq ilk özəl kredit bürosunun səhmdarlarının görüşünün keçirilməsi planlaşdırılır.
Görüşdə səhmdarlar bankların Müşahidə Şurasının rəhbərləri və hüquqşünaslar səviyyəsində təmsil olunacaqlar.
BBN.az portalının əldə etdiyi məlumata əsasən, hazırda 20-yə yaxın bank Büronun təsisçisi olmaq niyyətindədir.
Qeyd edək ki, Büronun növbəti ay ərzində yaradılması planlaşdırılır.